NATO-nun 20 min hərbçisi Rusiya sərhədlərində hərəkətə keçdi

NATO Finlandiya, İsveç və Norveçin şimalında, Rusiya sərhədi yaxınlığında martın 15-dək davam edəcək genişmiqyaslı “Nordic Response 24” təliminə başlayıb.

Globalinfo.az xəbər verir ki, təlimlər Norveçin rəhbərliyi altında keçirilir.

Finlandiya ilk dəfədir ki, NATO üzvü kimi Alyans ölkələrinin birgə müdafiə təlimlərində iştirak edir.

Qeyd edək ki, “Nordic Response” quruda, dənizdə və havada keçirilən genişmiqyaslı təlimdir. Burada 14 ölkədən 20 minə yaxın hərbçi iştirak edəcək.

Safura Bənnayeva
Globalinfo.az