NATO Rusiyanın mümkün hücumuna qarşılıq quru dəhlizlərindən istifadəni planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Britaniyanın “Teleqraf” nəşri çıxış edib.
Məlumata görə, cəbhə xəttinə çıxmaq üçün ABŞ ordusu əvvəlcə Niderland limanlarına daxil olmalı, oradan da Almaniya və Polşaya yollanmalıdır. Bu portlar sıradan çıxarılacağı halda o zaman NATO üzvlərinin bölmələri Yunanıstan və Türkiyə limanlarına daşınacaqlar. Buradan isə Rusiyaya qarşı döyüşmək üçün qoşunlar Bolqarıstan və Rumıniyaya yerləşdiriləcək.
Qeyd edək ki, bundan öncə NATO ilə Rusiya arasında yaxın 20 ildə toqquşmanın olması ehtimalı istisna edilməmişdi. Vladimir Putin isə dünən NATO-ya Rusiyanın hücumunun cəfəngiyyat olduğunu açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az