2021 10 21T000154Z 1477973918 RC20EQ9M0KNP RTRMADP 3 NATO RUSSIA pic 32ratio 900x600 900x600 31855

Finlandiya Böyük Britaniya və Norveçin başçılıq etdiyi dəniz koalisiyasına qoşulub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.

Bildirilib ki,  məqsəd Ukrayna Hərbi Dəniz Qüvvələrini inkişaf etdirməkdir.

Hazırda koalisiyaya 17 ölkə daxildir.

Bundan əvvəl Finlandiya prezidenti Aleksandr Stubb bəyan etmişdi ki, yaxın günlər Ukrayna münaqişəsinin həlli üçün həlledici olacaq. Finlandiya lideri qeyd edib ki, o, Ukrayna lideri Volodimir Zelenski və NATO-nun baş katibi Mark Rutte ilə danışıb. Ukraynanın gələcəyinin Ukraynadan, Avropanın təhlükəsizliyinin isə Avropadan asılı olduğunu vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: