
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin NATO-ya xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, o, Rusiya və Belarus sərhədləri yaxınlığında Alyansın hərbi fəaliyyətinin artdığını deyib.
“Bu cür hərəkətlər bütün blok üçün əhəmiyyətli olacaq. Xüsusilə Polşa və Baltikyanı ölkələr anlamalıdırlar ki, NATO-nun İttifaq dövlətinə (Rusiya-Belarus İttifaq dövləti-red) təcavüzü halında ilk onlar zərər çəkəcəklər”, – deyə bildirib.
Qeyd edək ki, Narışkin aprelin 15-də Minskə gəlib. O, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparıb.
Əliyar Xəlil
Globalinfo.az