2025 10 03T084118Z 1936916131 RC284HAJLAOG RTRMADP 3 FINLAND NATO pic4 zoom 1500x1500 51219

NATO Rumıniya da daxil olmaqla, alyansın şərq cinahını dronlardan qorumaq üçün plan hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“10 iyunda NATO müttəfiqləri sürətləndirilmiş dron tədarükü proqramı təklifini nəzərdən keçiriblər. Üç diplomat bildirib ki, qapalı görüşdə 32 NATO səfiri təcili olaraq daha çox dron almağa ehtiyac olub-olmadığını müzakirə ediblər. Məsələn, NATO Rumıniyadakı mövcudluğunu gücləndirməyi planlaşdırır”, – deyə yazılıb.

NATO müttəfiqlərinin dronları nə vaxt ala biləcəyi hələ də məlum deyil.

Lakin alyans diplomatlarından biri deyib ki, görüş iyulun 7-8-də keçiriləcək NATO sammitinədək pilotsuz sistemlərlə bağlı konkret təşəbbüslərin həyata keçirilməsinə əlavə təkan verib.

Diplomatların sözlərinə görə, müzakirələr zamanı Qara dənizdəki kritik infrastruktur obyektlərinə mümkün təhdidlər də gündəmə gətirilib.

NATO-nun bu obyektlər üzərində müşahidəni gücləndirməsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, bəzi ölkələrin hərbi nümayəndələri Rumıniya üzərində uçan dronların izlənməsi və məhv edilməsi üçün daha çox hava hücumundan müdafiə vasitəsi ayırmağa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, mayın 29-na keçən gecə Rumıniyanın Ukrayna sərhədi yaxınlığındakı Qalats şəhərində bir pilotsuz aparat yaşayış binasına çırpılmış, nəticədə iki nəfər xəsarət almışdı. Bundan başqa, iyunun əvvəlində Rumıniyanın Konstansa limanı yaxınlığında dəniz dronu partlamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: