NATO-dan Türkiyə açıqlaması: Üçlü görüş olacaq

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin NATO-ya töhfələr verdiyini deyib.

Globalinfo.az “APA”ya istinadən bildirir ki, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra belə deyib:

“Türkiyənin haqlı narahatlıqlarının fərqindəyik, İsveç bu narahatlıqları aradan qaldırmaq üçün mühüm addımlar atdı”.

Prezident Rəcəb Tayyib Ərdoğan Stoltenberqi Dolmabaxça ofisində qəbul edib. Stoltenberq, açıqlamasında Türkiyənin NATO-ya verdiyi töhfəyə diqqət çəkib.

NATO baş katibi, “Türkiyənin NATO-nun Kosovodakı varlığına əlavə əsgər göndərmə qərarına görə minnətdaram. Türkiyə bu səylərə liderlik edir. Biz Ərdoğanla Türkiyə, İsveç və NATO arasında 12 iyun həftəsində yenidən görüş olması barədə razılığa gəldik” – deyib.