090127 F 7383P 001jpg 1721219192

Geilenkirchen şəhərində yerləşən NATO bazası üzərində naməlum pilotsuz uçuş aparatı (PUA) müşahidə edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” qəzeti məlumat yayıb. Hadisə bu gün axşam saatlarında baş verib.

Qəzet yazır ki, təxminən saat 19:00 radələrində PUA bazanın uçuşa qadağan olunmuş təhlükəsizlik zonasına daxil olub və təxminən bir dəqiqə ərzində alçaq hündürlükdə uçaraq aviabazanın uçuş-enmə zolağını keçib.

PUA-nın hərəkəti dərhal radar və müşahidə vasitələri tərəfindən qeydə alınıb, lakin onun haradan və kim tərəfindən idarə edildiyi müəyyən olunmayıb. Dərhal PUA-nın nəzarətə götürlüməsi barədə orduya göstəriş verilsə də, naməlum uçan vasitə tez bir zamanda ərazidən uzaqlaşıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və hərbi polis cəlb edilsə də, axtarış zamanı hər hansı iz tapılmayıb.

Qeyd edək ki, Geilenkirchen bazası NATO-nun strateji əhəmiyyətli obyektlərindən biri sayılır və alyansın şərq cinahının hava məkanına nəzarət üçün istifadə edilən AWACS kəşfiyyat təyyarələrinin yerləşdiyi mərkəzdir.

Tahir Turan
Globalinfo.az

Paylaş: