NATO Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları alqışlayır

NATO Azərbaycanla Ermənistan arasında baş tutan birbaşa danışıqları alqışlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı “Twitter“ səhifəsində yazıb.

“Yaxşı xəbər. Nazirlər Ararat Mirzoyan və Ceyhun Bayramovun yenidən birbaşa danışıqlarda iştirakı ürəkaçandır. NATO Cənubi Qafqazın sabitliyi və rifahının açarı olan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir və ABŞ-ın bu istiqamətdə səylərini alqışlayır”, – deyə paylaşımda qeyd olunub.