Komitədən Natiq Qasımovla bağlı məyusedici xəbər

“Birinci Qarabağ müharibəsi zamanı döyüşmüş və itkin düşmüş qəhrəmanların, o cümlədən Natiq Qasımovun axtarışları və tapılması asan olmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində deyib.

E. Səmədov bildirib ki, Natiq Qasımov haqqında çəkilən filmdə də onun aqibətinə müəyyən qədər aydınlıq gətirilib:

“Onun haqqında çəkilən filmdə də məsələyə müəyyən qədər aydınlıq gətirilib. Natiq Qasımov və müharibədə itkin düşən digər qəhrəmanların axtarışları və tapılması qarşı tərəfin onlara göstərdiyi qeyri-insani davranışları nərəzə alsaq, təəssüf ki, asan olmayacaq. Lakin 2022-ci ildə Laçında itkin düşmüş hərbçilərin və müharibələrdə itkin düşən digər şəxslərin axtarışları davam edir”.

Ayşən Mustafa
Globalinfo.az