natevan hesenova

Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin yeni direktoru Natəvan Həsənova kollektivə təqdim olunub.

Bu barədə Globalinfo.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Qeyd edilib ki, Natəvan Həsənova 2004-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrində, 2007-ci ildən isə Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir, bir sıra elmi və elmi-metodik əsərlərin müəllifidir.

    Paylaş: