Natəvan Babayevanın səhhəti necədir? – Qardaşı danışdı

Onkoloji xəstəlikdən əziyyət çəkən Azərbaycan Dövlət Televiziyasının (AzTV) xəbər aparıcısı Natəvan Babayeva xəstəxanaya yerləşdirilib.

Globalinfo.az bildirir ki, bu haqda Teleqraf.com-a aparıcının qardaşı məlumat verib: “Bu gün səhər saatlarından Milli Onkologiya Mərkəzindədir. Səhhəti normaldır”.

Qeyd edək ki, Natəvan Babayevanın Türkiyəyə gedərkən səhhəti hava limanında pisləşmişdi.