Natəvan Babayeva vəfat etdi – Salyanda dəfn olunacaq

Tanınmış telejurnalist Natəvan Babayevanın nəşi Salyan rayonuna aparılıb.

***19:44

Tanınmış aparıcı Natəvan Babayeva vəfat edib.

Globalinfo.az xəbər verir ki, mərhum Salyanda dəfn olunacaq.

N.Babayeva sabah səhər saatlarında doğulduğu Parça Xalac kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, tanınmış jurnalist bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcılarından biri olub.