NASA-dan xəbərdarlıq: nadir astronomik hadisə baş verəcək – FOTO

25 aprel gecəsi nadir astronomik hadisə müşahidə olunacaq.

Globalinfo.az xəbər verir ki, NASA-nın məlumatına görə, Ay, Venera və Saturn planetləri səma görüntüsündə “gülümsəyən üz” formasında üçbucaq quracaq.

Hadisə Şərq üfüqü üzərində, günəş doğmazdan əvvəl müşahidə oluna bilər. Əgər səma aydın və buludsuz olarsa, bu mənzərə dünyanın istənilən nöqtəsindən müşahidə edilə bilər.

“Venera şərq üfüqünün bir qədər yuxarısında, Saturn isə daha aşağıda yerləşəcək. Nazik ay paraşütü isə bu görüntünün “gülən ağız” hissəsini tamamlayacaq”, – NASA-nın verdiyi açıqlamada deyilir.

NASA nümayəndəsi Brenda Kalbertson isə bildirib ki, bu parlaq göy cisimlərinin yaratdığı üçbucaq bəzi insanlara səmada bir “smayl” (təbəssüm – red.) kimi görünə bilər.

photo 2025 04 25 00 24 20 3photo 2025 04 25 00 24 20 2

Aysel Əliyeva
Globalinfo.az