“Qalendevagen” sürürdü, yoxlanıldı, tutuldu – FOTO

Qaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, Qax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini Tural Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət-yoxlama qaydasında şəhər ərazisində saxlanılıb.

Yoxlama zamanı sürücünün əməllərində sərxoşluq əlamətləri hiss edildiyindən o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən onun narkotik vasitə qəbul etdiyi sübuta yetirilib.

Tural Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Həmçinin, “Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbirlər zamanı atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində protokol tərtib olunub.

 Narkotik çəkib "Galik" sürürdü, saxlanıldı