Narkotik artıq məktəblərə yol tapıb – Deputat

“Ölkədə bir narkoloji dispanser vardı, onun da rəhbəri insanları sağaltmaq əvəzinə korrupsiya ilə məşğul olurdu”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin aprelin 23-də keçirilən iclasında deyib.

Deputat narkotik vasitələrin ticarəti və istifadəsinin qarşısının alınması üçün vacib tədbirlər görülməli olduğunu deyib:

“Gün ərzində mətbuatda görürük ki, 5 nəfərdən 50 nəfərə qədər insan narkotik ticarəti ilə bağlı məsuliyyətə cəlb olunub. Bunlar sadəcə onun ticarəti ilə məşğul olanların say göstəricisidir. İndi görün ölkədə narkotik qəbul edənlərin sayı nə qədərdir? Hesab edirəm ki, bu məsələdə qanunvericilkdə sərtləşdirilmə olmalıdır. Artıq narkotik maddələr orta məktəblərə daxil olur. Narkotikdən müalicə üçün ölkədə kifyaət qədər dispanserlər yoxdur. Bu cür dispanserlərin tikilməsi, orada insanların müalicəsinin təmin edilməsi məsələsi öz həllini tapmalıdır. Bir dispanser var idi, onun da rəhbərliyi bu yaxınlarda korrupsiya ilə əlaqədar məsuliyyətə cəlb olundu. İnsnaları sağaltmaq əvəzinə korrupsiya ilə məşğul olurdular”.

“Bu gün ölkədə narkotik istifadə kəlimə geniş yayılıb. Hansından soruşursan, məhsulu İran vətəndaşından aldıqlarını bildirilər. Kimdir bu İran vətəndaşları? Bu, çox ciddi bir problemdir. Ciddi tədbir görülməlidir”.

Ayşən Mustafa
Globalinfo.az