an

ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter ilk dəfə narkotik asılılığı ilə mübarizəsindən danışıb.

Globalinfo.az xəbər verir ki, o, teleaparıcı Kendas Ouenslə müsahibəsində özünü “alçaldılmış kokain aludəçisi” adlandırıb.

“Mən məhz kokaindən asılı idim. Sözün həqiqi mənasında tamamilə məhv olmuş bir narkoman olmuşdum”, – deyə Hanter bildirib.

Onun sözlərinə görə, asılı olduğu dövrdə yaxınları ilə münasibətlərini dağıdan və həyatına ciddi təsir edən dəhşətli səhvlər edib:

“Ən çətini məni sevən insanlardan uzaq düşməyim idi”.

Baydenin oğlu qeyd edib ki, 1 iyun 2019-cu ildən etibarən narkotik istifadə etmir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: