Narkoman qadından qandonduran etiraf: “Elə bildim ki, körpəm yatıb”

Türkiyənin Adana vilayətində 1 həftə əvvəl vəfat edən 2 aylıq körpənin cansız bədəni tapılıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin “Hürriyet” qəzeti yazıb.

Bildirilir ki, narkotik aludəçisi olan 30 yaşlı qadın evin açarını itirdiyi üçün mənzilinə daxil ola bilməyib və fövqəladə hallar xidmətindən kömək istəyib. Mənzilə daxil olan xilasedicilər körpənin cansız bədənini aşkar ediblər. İki aylıq qızın bir həftə əvvəl vəfat etdiyi müəyyən olunub.

Polis tərəfindən həbs edilən 30 yaşlı qadın uşağın öldüyünü hiss etmədiyini bildirib: “Bir həftə əvvəl atası ilə çimizdirdik. Sonra onu sobanın yanına yatızdırdım. Heç oyanmadı. Elə bilirdim ki, bir həftədir yatıb”.

Uşağın atası axtarışa verilib. 42 yaşlı kişinin də narkotik aludəçisi olduğu deyilir.