Avrasiya məkanında genişmiqyaslı münaqişə riski realdır.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narişkin deyib.
Narişkinin sözlərinə görə, avropalı liderlər nəzarət olunan eskalasiya strategiyasına inanırlar.
O, Qərbdə böhran zamanı qarşıdurmanı dayandırmaq üçün qətiyyətli addımlar atacaq siyasətçilərin olduğuna şübhə ilə yanaşdığını bildirib. Qeyd edib ki, eskalasiyanın nəzarətdən çıxmasının qarşısını almaq üçün kollektiv təhlükəsizlik sistemlərinin gücləndirilməsi, dialoq və əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi vacibdir.
O həmçinin Avropa cəmiyyətinin genişmiqyaslı müharibəyə hazır olmadığını iddia edib.
Narışkinin fikrincə, Avropada “Şərqdən gələn təhlükə” mövzusu hərbi xərclərin artırılması və sənayenin hərbi istiqamətə keçirilməsi üçün istifadə olunur.
Əliyar Xəlil
Globalinfo.az