820569Image1

Türkiyənin Diyarbəkir bölgəsində itkin düşdükdən günlər sonra cəsədi tapılan 8 yaşlı Narin Güranın böyük bacısının da illər əvvəl 7 yaşında öldüyü ortaya çıxıb. 

Globalinfo.az xəbər verir ki, əlilliyi olan azyaşlının pilləkəndən yıxılaraq həyatını itirdiyi bildirilir.

Onun cəsədinin ekspertizadan keçirilmədən dəfn edildiyi məlum olub.

Türkiyəli jurnalist Emruallah Erdinç Narinin bacısının ölümündə də şübhəli məqamların olduğunu iddia edib:

“Ailənin illər əvvəl bir uşağı vəfat edir. Yıxılıb öldüyünü deyərək məsələnin üstünü bağlayırlar. Həmin azyaşlının məzarını açmaq və meyitini ekspertizadan keçirmək lazımdır. Cəsədin yoxlanılmadan dəfn edilməsi qəribədir. Narin öldürüldü, bacısı öldü. Bəs 7 yaşlı uşaq əslində necə ölüb?”

Digər bir jurnalist Ersin Eroğlu isə Narinin qətlinin detallarını bilənlərin sayının çox olduğunu deyib:

“Bölgə valiliyi və jandarm azyaşlının görməməsi lazım olan bir hadisəyə şahid olduğu üçün qətlə yetirildiyi mövzusunda həmfikirdir. Təxminən 20 nəfərin qətlin təfərrüatlarından xəbərdar olduğu güman edilir”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: