Narinin anası, atası və qardaşı saxlanıldı

Türkiyənin Diyarbəkir şəhərində meyiti tapılan 8 yaşlı Narin Güranın istintaqı ilə bağlı 21 nəfər saxlanılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, saxlanılanlar arasında onun valideynləri və qardaşı da var.

Şübhəlilərin dindirilməsi davam edir.

Xatırladaq ki, Narin Güranin qardaşı daha əvvəl də istintaq çərçivəsində saxlanılmışdı.

Onu da bildirək ki, hadisə ilə bağlı azyaşlının əmisi, həm də Tavşantəpə kəndinin muxtarı olan Sami Güran həbs edilib.