Namizəd: “Seçilsəm, fiziki məhdudiyyətli vitse-prezidentimiz olacaq”

Türkiyədə ATA İttifaqının prezidentliyə vahid namizədi Sinan Oğan fiziki məhdudiyyətli bir şəxsi prezident seçiləcəyi təqdirdə vitse-prezident təyin edəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

“Biz vitse-prezident olaraq bir fiziki məhdudiyyətli vətəndaşımızı təyin edəcəyik. İlk müəyyən etdiyimiz vitse-prezident olaraq qadın siyasətçimiz Sevda Özbeki elan etdik. Həmçinin gənclərimizdən də vitse-prezident olacaq. Gənclərimiz, fiziki məhdudiyyətli vətəndaşlarımız, qadınlarımız siyasətdə yerlərini tutmalıdırlar”, – deyə Oğan qeyd edib.

Xatırladaq ki, Oğanın namizədliyinin qeydə alınması üçün dünən rəsmi şəkildə Türkiyənin Ali Seçki Komissiyasına müraciət olunub.