Namiq Qaraçuxurlunun konsertində təsirli anlar – VİDEO

Namiq Qaraçuxurlu 14 ildən sonra ilk dəfə konsert verib.

Globalinfo.az istinadən xəbər verir ki, sənətçi Yaşıl Teatrda səhnəyə çıxan sənətçi öncə media nümayəndələrinin suallarını cavablandırıb.

Həyəcanlı olduğunu söyləyən Qaraçuxurlu bundan sonra davamlı konsert verəcəyini bildirib.

O, öncə bu səhnə üçün yeni mahnılar səsləndirəcəyini nəzərdə tutsa da, sonradan fikrindən daşındığını söyləyib.

Media mənsubları ilə görüşdən sonra hazırlanıb səhnəyə çıxan Namiq ard-arda canlı ifalarla hitlərini səsləndirib.

Konsert zamanı kövrək anlar da yaşanıb. Füzuli döyüşləri zamanı həlak olan şəhid Elşən Musayevin qızı Ayşən səhnəyə çıxaraq sənətçiyə tədbirə dəvət etdiyi üçün təşəkkür edib. Atasının hər zaman Qaraçuxurluya qulaq asdığını bildirib.

Namiq bildirib ki, gələn qonaqların çoxunu tanıyır, onları illər ərzində konsertlərində gördüyünü söyləyib.

Konsert üzərində 40-dan çox komanda üzvü çalışıb./Baxkıvaxtı.az