Namibiya Respublikasının prezidenti Haqe Qotfrid Qeynqob 82 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada fevralın 4-də dünyasını dəyişib.
Yanvar ayında prezident ofisi Qeynqobaya xərçəng diaqnozu qoyulduğunu açıqlamışdı.
Hazırda dövlət başçısı vəzifəsini Namibiyanın vitse-prezidenti Nangolo Mbuba icra edir.