yt0

Vaşinqtondan qalxaraq Qrenlandiya, Norveç, Finlandiya və Rusiyanın hava məkanlarından keçərək uçan naməlum təyyarə Daşkəndə eniş edib. Məlum olub ki, təyyarədə ABŞ-dan qayıdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “FlightAware”in məlumatında qeyd edilib.

Bildirilib ki, Özbəkistan liderinin də göyərtəsində olduğu təyyarə fevralın 19-da yerli vaxtla saat 14:12-də (Bakı vaxtı ilə 23:12) Endryus aviabazasından qalxıb və fevralın 20-də saat 12:13-də (Bakı vaxtı ilə 11:13) Daşkəndə enib.

Qeyd edək ki, Ş.Mirziyoyev Qəzza Sülh Şurasının ilk iclasında iştirak etmək üçün fevralın 17-dən 19-dək Vaşinqtonda olub.

***11:23

ABŞ-ın “Andrews” hərbi bazasından havaya qalxan naməlum təyyarə Murmansk vilayəti üzərindən Rusiya hava məkanına daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ura” “Flightradar24” xidmətinə istinadən məlumat yayıb.

    Məlumata görə, naməlum təyyarə Rusiyadan əvvəl Qrenlandiya, Norveç və Finlandiya üzərindən uçuş həyata keçirib.

    Bildirilir ki, Moskva vaxtı ilə saat 09:10-da təyyarə Qazaxıstan hava məkanına daxil olub və hazırda oradadır.

    Paylaş: