Naftalanda mənzildən qadın meyti tapıldı

Naftalan şəhərində 53 yaşlı qadın yaşadığı mənzildə dünyasını dəyişib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Naftalanda mənzillərdən birində, 1971-ci il təvəllüdlü Azadə Babayevanın meyti aşkarlanıb.

Onun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.