Nadirdən zəlzələ qalmaqalına reaksiya: İnsanlar həlak olublar, amma…

“Ad günüm fevralın 11-i olsa da, Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin ruhuna hörmət əlaməti olaraq 15-i qeyd etdim”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında müğənni Nadir Qafarzadə Türkiyədə baş vermiş zəlzələdən bir neçə gün sonra doğum gününü qeyd etməsini ictimaiyyətdə birmənalı qarşılanmaması haqda danışarkən deyib.

O, vicdanın rahat olduğunu bildirib:

“Türkiyədə 1 həftəlik matəm elan olunsa da, bizdə rəsmən elan edilməmişdi. Amma hər birimiz hörmət əlaməti olaraq bir neçə gün matəm saxladıq. Mənim vicdanım çox rahatdır. Türkiyənin özündə belə matəm ayın 12-nə qədər idi. Mən isə ad günümü fevralın 15-i qeyd etmişəm.

Heç kim bilmir ki, sabah başına nə gələcək. Bilmirəm, 53 yaşımı qeyd etmək mümkün olacaq, ya yox. Bu gündən sabaha ümid yoxdur. Anlayıram, insanlar həlak olublar, ağır dərddir. Amma həyat davam edir”.

Qeyd edək ki, 52 yaşı tamam olan müğənni Nadir Qafarzadə bu günlərdə özünə təmtəraqlı ad günü məclisi təşkil edib. Paytaxt restoranlarının birində keçirilən məclisə sənət dostları da gəlib.

Zaira Akifqızı
Globalinfo.az