***20:06
Myanmada partlayış nəticəsində ən azı 55 nəfər həlak olub, onlarla insan yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, hadisə Şan ştatının Namxam qəsəbəsində yerləşən Kaun Tat kəndində qeydə alınıb. Partlayış nəticəsində 25 qadın və 30 kişi ölüb.
Hadisənin səbəbi barədə əlavə məlumat açıqlanmayıb.
Aysel Əliyeva
Globalinfo.az