Iran 5 1536x982 1

İran Fransa, Almaniya və Böyük Britaniya ilə İslam Respublikasının nüvə proqramı üzrə danışıqları bərpa etmək barədə razılığa gəlib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbələrə istinadən məlumat yayıb.

“Danışıqlar prinsipi razılaşdırılıb, lakin tədbirin vaxtı və yeri ilə bağlı məsləhətləşmələr davam edir”, – agentlik qeyd edib.

Qeyd edək ki, daha əvvəl “Axios” portalı ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi 2025-ci ilin avqust ayının sonunu təyin etmək barədə razılığa gəldiyini açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: