Muxtar Məmmədov İsrail Prezidentinə etimadnaməsini təqdim edib-FOTO

Azərbaycan Respublikasının İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsaak Hersoqa təqdim edib.

Globalinfo.az xəbər verir ki, səfir bu barədə Twitter səhifəsində paylaşım edib.

Səfir paylaşımında “Azərbaycan Respublikasının 1-ci səfiri kimi İsrail Dövlətinin Prezidentinə etimadnaməmi təqdim etməkdən şərəf və qürur duyuram”-deyə, qeyd edib.