663935cb89776663935cb897771715025355663935cb89774663935cb89775

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Moskvada Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.

“Təmaslar zamanı iki ölkə arasında ekoloji əməkdaşlığın cari məsələləri və Rusiya nümayəndə heyətinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü ilin noyabrında Azərbaycan Respublikasında keçirilməsi planlaşdırılan 29-cu sessiyasında iştirakına hazırlıq nəzərdən keçirilib”, – məlumatda bildirilib.

Qeyd edilib ki, görüşdə Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev və iki ölkənin federal nazirliklərinin nümayəndələri iştirak ediblər.

 

Paylaş: