Muxtar Babayev BMT baş katibi ilə görüşdü – FOTO

COP-29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.

“Prezident Muxtar Babayev və COP29 komandası BMT-də Yer Günündə Baş katib Antoniu Quterrişlə görüşüb. Biz tərəfləri bir araya gətirmək, keçmiş vədlərin hamısının yerinə yetirilməsini təmin etmək və 1,5 dərəcə Selsilik istiləşməni saxlamaq məqsədilə hərəkətə keçmək üçün birlikdə işləmək əzmindəyik”, – paylaşımda qeyd olunub.