Slovakiya və Şimali Atlantika Alyansının (NATO) daha bir sıra ölkələri Ukraynaya hərbi dəstəyin davam etdirilməsi üçün maliyyə ayırmaqdan imtina edirlər.
Globalinfo.az xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini “TA3” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bratislava Kiyevə silah göndərməyəcək və silahlanmanın maliyyələşdirilməsində iştirak etməyəcək.
Pelleqrini əlavə edib ki, Macarıstan, Çexiya və bir sıra digər dövlətlər də oxşar mövqe tutublar.
Slovakiya Prezidenti bildirib ki, Bratislava yalnız müttəfiq ölkələrin və ya ABŞ prezident administrasiyasının gözləntilərinə görə müdafiə xərclərini artırmağı planlaşdırmır.
Əliyar Xəlil
Globalinfo.az