Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin Atatürkə yazdığı iddia edilən şeiri SSRİ lideri İosif Stalinə həsr etdiyi məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə yazıçı Əlabbas Bağırov bir qədər əvvəl ictimailəşdirdiyi şeirlə bağlı danışarkən deyib.
O qeyd edib ki, Müşfiqin sözügedən şeiri Atatürkə həsr etməsi mübahisəli görünürdü:
“Ötən günlərdə bir dostumun Türkiyədən göndərdiyi “Atatürk” şeirini paylaşıb izah vermişdim ki, onun Müşfiqin olduğunu iddia etmirəm. Dəqiqini şairin tədqiqatçıları və özünü o sahəyə bir köynək yaxın hesab edənlər bilər. Gözlədiyim kimi, maraqlı müzakirələr, fikir mübadilələri oldu. Gəldiyim yekun nəticə budur ki, sözügedən şeir Müşfiqindir, sadəcə, Atatürkə yox, Stalinə həsr olunub. Gerçək budur. Onu Türkiyədə “Tan” jurnalında Atatürk adı ilə çap etdirən isə Rəfiq Zəka Xəndan olub və dolaşıqlıq da burdan başlanıb”.
Tərcümə və orijinal versiyanı təqdim edirik: