Müsəlman olmaq istəməyən Murad Ariflə bağlı fətva… – İlahiyyatçıdan açıqlama

Bəstəkar və müğənni Murad Arif dinlə bağlı etdiyi çıxışa görə izləyicilər tərəfindən tənqid edilir.

Sitat: “Mən müsəlman deyiləm, xristian da deyiləm, amma Tanrının varlığını qəbul edirəm, onunla danışıram”.

Maraqlıdır, dinlərsiz, vasitəçilərsiz, səmavi kitablarsız Tanrını qəbul edib, ona sığınmaq mümkündürmü?

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, tarixin əvvəlindən bu günə qədər Allahı, axirəti, həqiqəti inkar edən müxtəlif sözlər, ifadələr olub.

Faiz alıb-vermək Rəbbə qarşı müharibədir' - Ağa Hacıbəyli

Ağa Hacıbəyli

O bildirib ki, dini inkar edənlərin bəziləri zaman-zaman Peyğəmbərlərin də bir qismini qəbul edirlər:

“Peyğəmbərlərin bəzilərini qəbul edirlər, bəzilərini yox. Hətta bəzən bütün peyğəmbərləri qəbul edir, sonuncu peyğəmbəri qəbul etmirlər, hərdən də Hz.İsanı qəbul edir, Hz.Musanı qəbul etməmək kimi, bənzər ifadələr olur. Bütün bunlar da dini aspektdən inancın tam olmadığını ifadə edir. Kimlərsə deyə bilər, “mən Qurani-Kərimin ayələrinə inanıram, yalnız Fatihə surəsinə inanmıram”, yaxud “Quranın hər əmrinə inanıram, amma Allahın namazı əmr etməsinə inanmıram, faizin haram olması da yalandır”. Bu kəslər birbaşa Allahın kitabına təhqir, küfr etmiş olur, eləcə də dedikləri haram sayılır”.

İlahiyyatçı hər kəsin müsəlman olduğunu qeyd edib:

“İnsan deyə bilər, “nə xristianam, nə yəhudi, nə də başqa biri, amma Allahı qəbul edirəm”. O, sadəcə, bir ifadədir. Dini baxımdan insanlar ya müsəlmandır, ya da müsəlman. Ümumiyyətlə, yer üzündə, kainatda olan hər şey müsəlmandır. Hətta xristian və yəhudi Allaha təslim olursa, onlar da müsəlmandır. Müsəlman sözünün mənası həqiqətə təslim olmaq, Peyğəmbərlərin hamısını qəbul etmək, dürüst olmaq deməkdir.

“Müsəlman deyiləm” demək isə odur ki, “mən yalançıyam, iftiraçıyam, Allahın kitabı belə buyurur, mən isə fərqli düşünürəm, Allah bunu deyir, mən isə başqa söz deyirəm” deməkdir. Bu, böyük iddiadır”.

Mövzunu Globalinfo.az-a şərh edən sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, Məhəmməd peyğəmbər də, ondan öncəki peyğəmbərlər də kimisə onların dediklərinə inanmağa məcbur etmirlər:

Əhməd Qəşəmoğlu: “İşsiz adamlarda müəyyən mənəvi dəyişiklik baş verir” Pravda.az

Əhməd Qəşəmoğlu

“Peyğəmbərlərimiz (s.ə.s) sadəcə, Allahın adından danışaraq, Allahın kəlamlarını camaata çatdırdıqlarını deyirlər. Bizim Məhəmməd peyğəmbər heç kimi məcbur etməyib ki, hökmən müsəlman və ya xristian olsun. Orada hər zaman bir etiqad azadlığı qəbul edilib. Amma elə insanlar da var ki, indiki vaxtda dini kitabların heç birini qəbul etmir, lakin kənar qüvvənin olduğunu başa düşür. Bunu düşünən təkcə Murad Arif deyil, belələri çoxdur”.

Sosioloq deyib ki, bu cür insanlar dini kitabları uydurulmuş hekayə kimi qəbul edirlər:

“Əvvəla, onlar nə islamın, nə də xristianlığın mahiyyətini dərindən başa düşmürlər, həm də qəbul etmək istəmirlər. Bu cür adamları qınamaq da lazım deyil. Çünki Allah onların qəlbinə bu qədər imkan verib. Qurani-Kərimdə “Əl-Bəqərə” surəsinin ilk ayələrində deyilir: “Elə insanlar var ki, onların qəlbi möhürlənib”. Yəni o insanlar bir çox şeyləri axıra kimi duya bilməzlər. Anladığım qədəri ilə Murad Arif də özünü nə axıra qədər müsəlman, nə də tam olaraq xristian olaraq qəbul edə bilir. O, islam dininin tələblərinə əməl etməyi özünə borc bilmir, eləcə də digər dinlərin. Adamın qəlb aləmi elə vəziyyətdədir. Ona görə də, onu belə dediyi üçün günahlandırmaq olmaz. Murad Arif kimi insanlar çoxdur”.

Zaira Akifqızı
Globalinfo.az