Müsəlman Birliyi Hərəkatının daha bir üzvü tutuldu – FOTO

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü tutulub.

Globalinfo.az bu barədə MOUZE teleqram kanalı məlumat yayıb.

Azərbaycanda İranın molla rejiminə xidmət edən, onları təbliğ edənlərin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Bu əməliyyatların davamı olaraq həyata keçirilən tədbirlər zamanı özünü Müsəlman Birliyi Hərəkatı elan edən qondarma təşkilatın daha bir üzvü Nurlan Mirzəyev də saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, N.Mirzəyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir.