Müsavatın başqanı ağır əməliyyat keçirdi

Müsavat Partiyasının başqanı Arif Hacılı iyunun 3-də açıq ürək əməliyyatı keçirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə onun müavini Fərəck Kərimli məlumat yayıb.

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu başqanın vəziyyətinin yaxşı olduğunu bildirib:

““Ege” klinikasında Müsavat Partiyasının başqanı Arif Hacılının ürəyində açıq cərrahi əməliyyat keçirilib. Bacarıqlı həkimlərimizin və tibb elminin imkanları sayəsində əməliyyat uğurlu keçib. Arif bəyə salamatlıq və möhkəm can sağlığı arzulayıram”.

Qeyd edək ki, Arif Hacılının 61 yaşı var. O, 1962-ci ilin yanvar ayında Zaqatala rayonunun Tala kəndində anadan olub.

Globalinfo.az