Müsavat Partiyasından daha bir istefa

Müsavat Partiyasının daha bir tanınmış üzvü istefa verib.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, partiya başqanının sabiq müavini Elman Fəttah istefa ərizəsini partiya rəhbərliyinə təqdim etdiyini bildirib.

Elman Fəttah 2000-ci ildən Müsavat Partiyasının üzvü idi. O, 2014-cü ildə Divan üzvü və başqan müavini olub. 2017-ci ildə müavinlikdən istefa versə də, 2019-cu ilə qədər Divan üzvü kimi qalıb.

Qeyd edək ki, dünən Yadigar Sadıqlı Müsavatdan istefa verib.