“Müşahidəçilər”in sərhəddə fəallığı səngimək bilmir – VİDEO

ab musahideci

Avropa Birliyinin Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçiləri”nin fəallığı səngimək bilmir.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Trend-ə yeni görüntülər daxil olub.

Belə ki, yanvarın 30-u saat 14:45-də Ermənistanın Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyi üzərində AB bayrağının olduğu 2 ədəd “Cip” markalı avtomobildə biri hərbçi və üçü mülki şəxs olmaqla, ümumilikdə 4 nəfər şəxsin gələrək, ərazidə foto və videoçəkiliş aparması qeydə alınıb.

Missiya nümayəndələri saat 15:50-də ərazini tərk edərək geri qayıdıblar.

AB nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.

Həmin görüntüləri təqdim edirik: