Murad Muradov vəfat edib?

19:14

Tanınmış aparıcı, yazar Murad Muradov vəfat etməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə onun yaxın dostları sosial şəbəkədə məlumat yayıblar.

Qeyd olunub ki, bir neçə gün əvvəl insult keçirən və koma vəziyyətində Quba Diaqnostika Mərkəzinə yerləşdirilən Murad Muradov hazırda süni nəfəs aparatına qoşulub.

“Muradın vəziyyəti ağır olsa da, sağdır. Ürəyi döyünür. Ona dua edək, bəlkə aramıza qayıdar”, – deyə bildirilib.