Münhen Təhlükəsizlik Konfransının açılışı oldu

Almaniyada Münxen Təhlükəsizlik Konfransının açılışı olub.

Globalinfo.az xəbər verir ki, toplantının iki əsas mövzusu Şərqi Avropa və Yaxın Şərqdəki durumdur.

Konfransda dünyanın bir çox ölkələrindən liderlər iştirak edirlər.

Tədbir çərçivəsində dövlət və hökumət başçılarının ikitərəfli görüşləri gözlənilir.

Qeyd edək ki, bu, Münxen Təhlükəsizik Konfransının sayca 60-cı toplantısıdır.