Münhendə qapalı görüş – Asryan onlarla nə danışıb?

asryan

Ermənistanın baş qərargah rəisi Edvard Asryan dünən Münhen Təhlükəsizlik Konfransında qapalı görüşdə iştirak edib.

Globalinfo.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Asryan Münhendə ABŞ, Almaniya, İsveç, Finlandiya, Argentina və NATO nümayəndələri ilə qeyri-rəsmi görüşlər keçirib. Asryanın da qatıldığı qapalı görüşdə nəyin müzakirə edildiyi açıqlanmayıb.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransında Ermənistanı Nikol Paşinyanın rəhbərlik etdiyi heyət təmsil edir. Azərbaycandan konfransa hələlik xarici işlər naziri Ceyhun Bayramovun qatıldığı bəlli olub. Azərbaycan prezidentinin konfransa gedib-getməyəcəyinə dair hələlik heç bir rəsmi məlumat paylaşılmayıb.

Globalinfo.az