“Ermənistanın KTMT ilə bağlı mövqeyi çox düzgün idi”.
Globalinfo.az xəbər verir ki, bunu “Mülki müqavilə” parlament fraksiyasından olan deputat Ovik Ağazaryan deyib.
O, KTMT-dən çıxmağın zəruri olub-olmaması ilə bağlı sualı cavablandırıb.
“Hazırda atılan addımlar doğrudur. KTMT-dən tam olaraq nə zaman çıxacağımızı deyə bilmərəm. Amma KTMT-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə reaksiya belə olmalıdır. Hərçənd bizim Rusiya ilə KTMT-dən başqa strateji tərəfdaşlıq münasibətlərimiz də var. Bununla bağlı nə qərar verəcəyimiz bəlli deyil”.
O, daxili siyasi məsələlərə də toxunub.
“İndi Paşinyan demək olar ki, bütün qərarları özü verir. Bütün məsuliyyət onun üzərinə düşüb. Ancaq bir nəfər həmişə haqlı ola bilməz. Odur ki, o, özünə səhv etməyə icazə versə, bu, ölümcül ola bilər. Bunun qarşısını almaq üçün çox mübarizə apardım, amma alınmadı”, – deyə Ağazaryan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az