Mühəndis bölmələrimiz nə qədər ərazini minalardan təmizləyib? – FOTO

Müdafiə Nazirliyi işğaldan azad edilən ərazilərdə Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən görülən tədbirləri açıqlayıb.

Nazirlikdən Globalinfo.az-a verilən məlumata görə, azad edilən ərazilərdə ümumilikdə mühəndis-istehkam bölmələri 36 000 ha-dək ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib.

Onlardan 10 400-ü piyada əleyhinə mina, 3 300-ü tank əleyhinə mina, 11 850 partlamamış döyüş sursatı olub.