Müharibənin sonlarında Xankəndi və Xocavənd… – Paşinyan

“Şuşanın itirilməsi müharibədə dönüş nöqtəsi oldu”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı araşdırma komissiyasında ifadə verərkən deyib.

“Şuşa təkcə simvolik olaraq deyil, strateji baxımdan da çox əhəmiyyətli idi. Ora itirildikdən sonra Xankəndi də hücuma məruz qalacaqdı, Xocavəndə də təzyiq qaçınmaz idi. 25 min əsgərimizin də mühasirəyə düşmək təhlükəsi vardı”, – o bildirib.

Ayşən Mustafa
Globalinfo.az