Müharibənin dayanması üçün HƏMAS təslim olmalıdır – Corc Dik

“Müharibənin dayanması üçün HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” hesabında yazıb.

O qeyd edib ki, HƏMAS bunu etməsə, İsrail tam qələbə qazanana kimi geri çəkilməyəcək.

Səfir hazırda HƏMAS-ın iki məqsədi olduğunu vurğulayıb: “Birinci məqsəd bütüb yəhudiləri və israilliləri öldürmək, ikinci məqsəd isə nəyin bahasına olur olsun, sağ qalmaqdan ibarətdir”.

Corc Dik İsrailin də məqsədindən söz açıb: “İsrailin məqsədi heç bir israilli uşağın terrorçunun onu öldürməsindən narahat olmayacağına əmin olmaqdır”.