Qərbin müharibədən sonrakı Ukrayna planı budur – “Skay Nyus”

Qərb bilir ki, onun Ukraynaya hərbi dəstəyi məhduddur. Ona görə də Kiyevin udmayacağı müharibəni əbədiləşdirməkdən qorxur.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Skay Nyus” televiziyası çıxış edib.

“İctimai olaraq Qərb siyasətçiləri Ukraynanı dəstəkləyəcəklər, amma şəxsi zəmində onlar Zelenskiyə təzyiqlərini artıracaqlar ki, konflikti bitirsinlər. Qərb uzunmüddətli təhlükəsizlik zəmanəti axtaracaq və maliyyə dəstəyi göstərəcək ki, Ukrayna Almaniyanın İkinci Dünya müharibəsindən sonra etdiyi kimi bərpa olunub, Avropanın ən müasir və iqtisadi baxımdan güclü ölkələrindən birinə çevrilə bilsin. Müharibənin ikinci ilində Qərb konflikti əbədiləşdirmək riski ilə üz-üzədir. Burada isə nə Rusiya uduza bilər, nə də Ukrayna qalib gələ bilər. Nəticədə döyüş fəaliyyətlərinin danışıqlar yolu ilə dayandırılması üçün beynəlxalq təzyiqin güclənəcəyi gözlənilir”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az