Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

2020-ci ilin 10 noyabr tarixindən bugünədək mina partlayışları nəticəsində 282 nəfər minaların qurbanı olub.

Globalinfo.az xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov bildirib.

O qeyd edib ki, mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub: “Təəssüflər olsun ki, mina qurbanların sayı artmaqda davam edir”.