Müharibə yeni mərhələdə: “Vəziyyət Ukraynanın xeyrinədir”

tramp ukrayna

ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı ilə son görüşündə yaşanan mübahisədən sonra bu iki liderin münasibətlərinin pisləşdiyi, rəsmi Vaşinqtonun Kiyevə yardım göndərməyəcəyi istiqamətində fikirlər səsləndirilir. Ali Radanın keçmiş spikeri, deputat Dmitri Razumkov məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, Ağ Evdəki davadan sonra tərəflər arasında münasibətləri normallaşdırmaq faktiki olaraq mümkün olmayacaq.

ABŞ Ukraynaya hərbi dəstəyi dayandıracaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Rusiyanın Ukraynaya hücumu Avro-Atlantik məkanı birləşdirdi:

“ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra isə vəziyyət bir qədər dəyişib. O, Rusiya yönümlü siyasət aparırmış kimi görünür. Realda vəziyyət bir qədər fərqlidir. Donald Tramp Rusiyaya qarşı olan sanksiyaların vaxtını bir qədər uzadır. Zelenskidən də sülh müqaviləsinin imzalanmasına razı olmağı tələb edir. Ukrayna lideri isə əksinə əvvəlcə təhlükəsizlik zəmanəti ardınca sazişin imzalanmasını istəyir. Putinə olan mənfi münasibətini də gizlətmir. Donald Tramp da yaxşı bilir ki, hazırkı vəziyyətdə iki tərəf arasında razılığın əldə edilməsi mümkün deyil”.

Siyasi şərhçinin sözlərinə görə, ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırması gözlənilmir:

“Bu barədə də müzakirələr aparılır. Lakin o çox da asan məsələ deyil. Belə olarsa, ABŞ daxilində çox ciddi müqavimət başlayar. Həmin silahlar üçün maliyyə ayrılıb. Yənik mütləq Ukraynaya göndərilməlidir.

IMG 20241229 WA0069

Əli Mustafayev

Ukrayna və ABŞ arasında əlaqə tam itməyəcək. Xüsusilə faydalı qazıntılarla bağlı müqavilənin imzalanması gündəmdə qalır.

Donald Tramp Rusiyaya kömək etmək istəsə belə Ukraynanın masada olması şərtdir. Rəsmi Kiyev olmadan Tramp Moskvaya yardım edə bilməyəcək”.

Əli Mustafayevin fikrincə, Rusiya-Ukrayna müharibəsi yaxın vaxtlarda bitməyəcək:

“Atəşkəsin də tezliklə əldə olunacağını düşünmürəm. Kimin resursu çox olacaqsa, müharibədə o qalib gələcək. Hazırda dinamika Ukraynanın xeyrinədir”.

Safura Bənnayeva
Globalinfo.az