Müharibə vaxtı Paşinyanın arvadı və oğlu harada olub? – Baş nazirdən iddialara cavab

“Oğlum könüllü olaraq müharibəyə yollanmışdı, bu müddətdə onun harada olduğundan xəbərsiz idim və soruşmurdum”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran komissiyada dindirilmə zamanı deyib.

O, sadəcə müharibə bitdikdən sonra oğlunun vəziyyətilə maraqlandığını bildirib:

“Onun ön cəbhədə olub-olmadığı, vəziyyətinə dair heç nə bilmirdim. Baş nazir və bir vətəndaş olaraq onun haqqında maraqlanmağı özümə qadağan etmişdim. Bunu etsəm, digər əsgərləri övladım kimi görmədiyimi düşünərəm. Ancaq noyabrın 9-dan sonra onun haqqında məlumat ala bildim. Evə qayıtdığını öyrənmiş oldum. O, daxil olduğu manqanın üzvləri və komandirilə birlikdə atəşə məruz qalıb. Bölüklərindən 21 nəfər ölüb”.

“Müharibə zamanı bir çox qadın və uşaq Xankəndidən təxliyə olundu,amma həyat yoldaşım orada idi. Həmin vaxt bir neçə hərbi rütbəli şəxs və komando baş nazirin həyat yoldaşının bunkerləri ziyarət etməsinin insanlara və orduya motivasiya olacağını dedilər. Bu nəzakət xatirinə nəzərdə tutulmuş bir addım idi. Biz də onların təklifinə əməl etdik, Anna Akopyan bunkerlərə 10-15 dəqiqəlik bir ziyarət həyata keçirdi”-deyə,Paşinyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az