“Rusiya müharibəni dayandırmaqdan imtina etdiyi üçün Kiyev “uzunmənzilli sanksiyalar” adlandırdığı cavab tədbirlərini həyata keçirir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, Ukrayna qüvvələrinin Rusiyanın Yaroslavl vilayətində yerləşən neft bazasına və Tula yaxınlığındakı “Azot” zavoduna zərbələr endirdiyini təsdiqləyib.
“Bu addımlar Rusiyanın davam edən hərbi fəaliyyətinə cavab xarakteri daşıyır.
Belə əməliyyatlar müharibə bitənədək davam edəcək!”.
Safura Bənnayeva
Globalinfo.az